Haqqımızda

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin sosial-iqtisadi maraqlarının müdafiəsi, onların rifahının yaxşılaşdırılması, tədris şəraitinin yüksəldilməsi, mədəni, sosial və asudə vaxtlarının səmərəli təşkili sahəsində fəaliyyət göstərən rəsmi tələbə təşkilatıdır.
Hal-hazırda Komitənin 8000-dən çox üzvü mövcuddur. THİK universitetin 5 tədris binasını, 5 filialını (Şəki, Quba, Şamaxı, Ağcabədi, Cəlilabad) və bütün təhsil səviyyələrini (Bakalavriat, magistratura və doktorantura) əhatə edir, bu da onu universitet miqyasında ən geniş tələbə təşkilatı kimi fərqləndirir. THİK, Azərbaycan Dövlət Pedaqoji Universitetində dövlət qeydiyyatından keçmiş yeganə tələbə ictimai təşkilatı olaraq, universitetin idarəetmə orqanlarında tələbələri təmsil edir və qəbul olunan qərarlarda onların maraqlarının nəzərə alınmasına mühüm töhfə verir.
Komitənin fakültələr üzrə nümayəndələri müvafiq fakültələrin Elmi Şuralarının, Komitənin sədri isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının tamhüquqlu üzvüdür. Bu status tələbələrin fikirlərinin və təkliflərinin universitetin akademik və inzibati qərarlarında nəzərə alınmasına imkan yaradır.
Komitənin cari fəaliyyətinə rəhbərlik 11 nəfərdən ibarət Rəyasət Heyəti tərəfindən həyata keçirilir. Rəyasət Heyətinə Komitənin sədri rəhbərlik edir və onun tərkibinə sədr müavinləri, fakültə büro sədrləri və digər üzvlər daxildir. Bununla yanaşı, Komitə daxilində 5 nəfərdən ibarət Təftiş Komissiyası fəaliyyət göstərir. Təftiş Komissiyası Komitənin fəaliyyətinin Azərbaycan Respublikasının Həmkarlar İttifaqları haqqında qanunvericiliyə, həmçinin Komitənin qərarlarına uyğun icrasına və maliyyə-təsərrüfat işlərinə nəzarəti təmin edir.
THİK-in strukturu filiallar və fakültələr səviyyəsində fəaliyyət göstərən fakültə həmkarlar ittifaqı bürolarını da əhatə edir. Hər filial və fakültədə büro sədri və onun komitəsi fəaliyyət göstərir. Filial və Fakültə büro sədrləri filialların və fakültələrinin Elmi Şuralarında tamhüquqlu üzv kimi çıxış edir və səsvermə hüququna malikdirlər.
Beləliklə, ADPU THİK tələbələrin universitet idarəçiliyində real təmsilçiliyini və səsvermə hüququnu təmin etməklə, onların maraqlarının müdafiəsində və sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayır.
ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbənin dostu, dəstəyi və ən etibarlı təmsilçisidir.

İttifaqın struktur genişliyi və üzv sayı
THİK-in strukturu çoxpilləlidir və demokratik seçkilər əsasında formalaşır. Komitənin ali rəhbər orqanı Komitənin yığıncağı (konfransı) və Komitənin özüdür. Komitənin tərkibi fakültə nümayəndələri və fəal tələbələr arasından seçilən 25 üzvdən ibarətdir.
Komitənin əsas fəaliyyət istiqamətləri:


