“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş intellektual yarış keçirilib

News Image

Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş intellektual yarış keçirilib

 “vİZion” yenidən ADPU-da!


10 oktyabr 2026-cı il tarixində ADPU THİK “İZ” İntellektual Platformasının təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş payız sessiyasının ilk “vİZion” intellektual yarışı keçirilib. 44 komanda tərkibində 260-dan çox tələbənin iştirakı ilə keçirilən yarış çərçivəsində iştirakçılar yeni oyun formatı ilə tanış olaraq biliklərini və analitik düşünmə bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən:


🥇 I yer — Noname

🥈 II yer — Ləpirçi

🥉 III yer — Vis a vis

Qalib komandalar hədiyyə və diplomlarla təltif ediliblər.


27 Sentyabr - Anım Günü münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi Zəfər parkına yürüş edib.

News Image

27 Sentyabr - Anım Günü münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi Zəfər parkına yürüş edib.

27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi Zəfər parkına yürüş edib. Universitetin rəhbər heyəti, professor-müəllim kollektivi və tələbələr Zəfər parkında 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, vətənin müstəqilliyi, ərazi bütövlüyü və dövlət suverenliyinin qorunması uğrunda canlarını fəda etmiş qəhrəmanların müqəddəs xatirəsi dərin ehtiramla yad ediblər.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.

News Image

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.

8 may tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.

2004-cü ildən etibarən ənənəvi olaraq təşkil olunan müsabiqə-festival Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihənin əsas məqsədi tələbə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, milli-mənəvi dəyərlərin təbliği, eləcə də gənclərin sosial-mədəni fəaliyyətə marağının artırılmasından ibarətdir.

Heydər Əliyev Sarayında baş tutan yekun konsert proqramında ölkənin 26 ali təhsil müəssisəsini təmsil edən istedadlı tələbələrin çıxışları təqdim olunub. tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbələri Xor kollektivi, Rəqs kollektivi, Qiraətçilər və Musiqi ifaçıları olmaqla 66 tələbə müxtəlif nominasiyalarda festivalda iştirak ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105 illik yubileyinə həsr olunmuş “Futbol turniri” uğurla başa çatmışdır.

News Image

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105 illik yubileyinə həsr olunmuş “Futbol turniri” uğurla başa çatmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105 illik yubileyinə həsr olunmuş “Futbol turniri” uğurla başa çatmışdır.

Turnirdə ümumilikdə 8 komanda iştirak etmiş, gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsində qaliblər müəyyənləşmişdir.

🥇 1-ci yer — Fiziki tərbiyə (FTC) komandası

🥈 2-ci yer — TCM komandası

🥉 3-cü yer — Fizika komandası

Final qarşılaşmaları yüksək rəqabət, böyük əzmkarlıq və əsl komanda ruhu ilə yadda qalmışdır. Turnir boyunca mübarizə aparan bütün komandalara təşəkkür edir, qalibləri isə ürəkdən təbrik edirik!

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə ADPU Universitetlərarası futzal turnirində i.tirakını uğurla davam etdirir.

News Image

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə ADPU Universitetlərarası futzal turnirində i.tirakını uğurla davam etdirir.

14.05.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən futbol turniri çərçivəsində növbəti qarşılaşma baş tutmuşdur.

ADPU komandası bu turda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandası ilə üz-üzə gəlmiş və oyunu 6:0 hesablı parlaq qələbə ilə başa vurmuşdur. Komandamız meydanda üstün performans sərgiləyərək oyunun gedişatına tam nəzarət etmişdir.

Qazanılan bu böyükhesablı qələbə komandanın hazırlıq səviyyəsinin yüksək olduğunu və komanda oyununda uyğunlaşmanın uğurla qurulduğunu bir daha təsdiqləyir.

Komandamızı ürəkdən təbrik edir, növbəti oyunlarda daha böyük uğurlar arzulayırıq! 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105 illik yubileyinə həsr olunmuş futbol turniri uğurla davam edir.

News Image

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105 illik yubileyinə həsr olunmuş futbol turniri uğurla davam edir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105 illik yubileyinə həsr olunmuş futbol turniri uğurla davam edir.

Turnirdə ümumilikdə 8 komanda iştirak etmiş, gərgin və maraqlı mübarizə şəraitində keçirilən oyunlar nəticəsində həlledici mərhələyə vəsiqə qazanan komandalar artıq müəyyənləşmişdir.

Belə ki, 3-cü yer uğrunda qarşılaşmada Fizika və Tarix-Coğrafiya-2 komandaları üz-üzə gələcək. Turnirin final oyununda isə çempionluq uğrunda Fiziki tərbiyə və Coğrafiyaçılar komandaları mübarizə aparacaq.

Qeyd edək ki, həlledici oyunlar hələ keçirilməmişdir və bu qarşılaşmalarda komandalar son güclərini səfərbər edərək turnirin qalibini müəyyən edəcəklər.

Bizi qarşıda daha da maraqlı, gərgin və həyəcan dolu oyunlar gözləyir!



Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “103 illik layihələr” çərçivəsində Qələbə gününə həsr olunmuş intellektual yarış uğurla baş tutub.

News Image

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “103 illik layihələr” çərçivəsində Qələbə gününə həsr olunmuş intellektual yarış uğurla baş tutub.

07.05.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 İllik yubileyinə həsr olunmuş “103 illik layihələr” çərçivəsində Qələbə gününə həsr olunmuş intellektual yarış uğurla baş tutdu.

Tələbələrin bilik, məntiq və komanda işini nümayiş etdirdiyi yarış sağlam rəqabət şəraitində keçərək iştirakçılara maraqlı və yaddaqalan anlar yaşatdı.

Yarışın nəticələri:

🥇 I yer — Gambit

🥈 II yer — Bakmil

🥉 III yer — La Masia

Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib, qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışdırlar. 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Debat klubun təşkilatçılığı ilə keçirilən “I KPD 2026” debat turnirinin final mərhələsi uğurla baş tutub.

News Image

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Debat klubun təşkilatçılığı ilə keçirilən “I KPD 2026” debat turnirinin final mərhələsi uğurla baş tutub.

09.05.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Debat klubun təşkilatçılığı ilə keçirilən “I KPD 2026” debat turnirinin final mərhələsi uğurla baş tutub. 

Qeyd edək ki, turnirin digər mərhələləri 18-19 aprel tarixlərində keçirilmiş və III yer müəyyən edilmişdir.

ADPU THİK I KPD turnirinin nəticəsi isə belədir :

I Yer - Ha Ha Ha

II Yer - Bir qrup şəxs

III Yer - Söndür Yandır Düzəlsin

Hər bir komanda medal və diplomlarla və əlavə olaraq 300,400,500 manat olmaqla pul mükafatına laiq görülüb. Qalib komandaya isə kubok təqdim edilib.

Ümumilikdə 17 komandanın spikerləri iştirakçı, 15 spiker isə “Ən yaxşı 10 spiker” seçildiyi üçün mükafatlandırılmışdır.

Final oyununda təcrübəçi hakim kimi fəaliyyət göstərən spikerlərdən 2-si Nigar Xəlil və Orxan Məmişov “Ən yaxşı hakim namizədi” seçilmişdir. 

Final turunun hakimləri:

👤 Xanım Paşayeva – DİA məzunu

👤 Ağalar Ağalarlı – DİA məzunu

👤 Həbib Heydərov – DİA məzunu

👤 Hatəm Qəhrəmanlı – ADPU məzunu

👤 Lalə Musayeva – ADPU məzunu 

Turnir ərzində hakim kimi dəvət edilmiş məzunlar hakim kimi iştirakına görə təltif edilmiş. Tələbələrin səsverməsinə əsasən “Ən yaxşı hakim” olaraq Ağalar Ağalarlı seçilmişdir.

Qalib komandamızı təbrik edir, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

06.05.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dünyanın görünməyən tərəfi: Kibertəhlükəsizlik nədir?” adlı seminar uğurla baş tutdu.

News Image

06.05.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dünyanın görünməyən tərəfi: Kibertəhlükəsizlik nədir?” adlı seminar uğurla baş tutdu.

06.05.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dünyanın görünməyən tərəfi: Kibertəhlükəsizlik nədir?” adlı seminar uğurla baş tutdu.

Seminar çərçivəsində iştirakçılar kibertəhlükəsizlik sahəsinin aktual məsələləri ilə tanış olmaq imkanı əldə etdilər və bu sahənin peşəkarları ilə bir araya gəldilər. 200-dən çox tələbənin iştirakı ilə aparılan seminar interaktiv şəkildə davam edib.

Görüşün spikerləri:

👤 Zaur Qasımov – “MilliSec” şirkətinin qurucusu və direktoru olaraq kibertəhlükəsizlik ekosistemi və strateji yanaşmalar barədə dəyərli təcrübələrini bölüşdü.

👤 Fəxrim Səfərov – “MilliSec” şirkətinin təlim direktoru kimi kiber müdafiə yolları, sahəyə yeni başlayanlar üçün yol xəritəsi və təhsilin rolu haqqında ətraflı məlumat verdi.

👤 Kənan İsmayılov – “Capital Partners” şirkətinin İnformasiya təhlükəsizliyi şöbə müdiri olaraq korporativ mühitdə təhlükəsizlik və real iş həyatında qarşıya çıxan çağırışlardan bəhs etdi.

Seminar həm nəzəri, həm də praktiki biliklərlə zəngin olmaqla iştirakçıların rəqəmsal təhlükəsizlik mövzusunda məlumatlılığını artırdı və böyük maraqla qarşılandı.